Əsas Səhifə > XARİCİ XƏBƏR > Fici sahillərində 5,2 maqnitudada zəlzələ olub

Fici sahillərində 5,2 maqnitudada zəlzələ olub


6-02-2026, 09:30


Fici Respublikasının şərqində 5,2 maqnitudada zəlzələ qeydə alınıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Avstraliyanın Dövlət Geologiya Xidməti xəbər verib.

Məlumata görə, zəlzələnin episentri təxminən 77 min insanın yaşadığı Suva şəhərindən 300 kilometr şərqdə, okeanda, zəlzələ ocağı təxminən 580 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.


Geri qayıt