Əsas Səhifə > SİYASƏT > ABŞ vitse-prezidentinin Azərbaycan və Ermənistana səfərinin təxmini tarixi məlum olub
ABŞ vitse-prezidentinin Azərbaycan və Ermənistana səfərinin təxmini tarixi məlum olub5-02-2026, 11:51 |
|
ABŞ vitse-prezidenti Cey Di Vens İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının açılışından sonra Azərbaycan və Ermənistana səfər edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb. ABŞ Dövlət Departamentinin məlumatına görə, bu ölkənin nümayəndə heyəti fevralın 4-7-də İtaliyaya səfər edəcək. Nümayəndə heyətinin tərkibinə ABŞ Dövlət katibi Mark Rubio da daxil olacaq. Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da start götürəcək. Geri qayıt |