Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqların ikinci günü başlayıb

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqların ikinci günü başlayıb


5-02-2026, 11:48


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların ikinci günü başlayıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov öz teleqram kanalında bildirib.

"Dünənki kimi eyni formatlarda işləyirik: üçtərəfli məsləhətləşmələr, qruplarda iş və sonradan mövqelərin sinxronlaşdırılması. Nəticələr sonra olacaq",- o bildirib.


Geri qayıt