Əsas Səhifə > İdman > Azərbaycan nümayəndə heyətinin XXV Qış Olimpiya Oyunlarına yollanacağı tarix bəlli olub

Azərbaycan nümayəndə heyətinin XXV Qış Olimpiya Oyunlarına yollanacağı tarix bəlli olub


Bu gün, 14:27


Azərbaycan nümayəndə heyətinin İtaliyada keçiriləcək XXV Qış Olimpiya Oyunlarına yollanacağı tarix müəyyənləşib.

Bu barədə Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyev açıqlama verib.

Onun sözlərinə görə, nümayəndə heyəti fevralın 5-də sözügedən ölkəyə yola düşəcək.

Azərbaycan komandasının şef de-missionu MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov olacaq.

Qeyd edək ki, İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində keçiriləcək XXV Qış Olimpiya Oyunları sabah körlinq yarışı ilə start götürəcək. Açılış mərasimi fevralın 6-da, bağlanış isə 22-də gerçəkləşəcək.

Azərbaycanı dağ xizəyində Anastasiya Papatoma, fiqurlu konkisürmədə Vladimir Litvintsev təmsil edəcəklər. Fiqurlu konkisürmədə mübarizəyə fevralın 6-da start veriləcək, dağ xizəyi yarışları isə bir gün sonra başlayacaq. Gender bərabərliyinə əsasən açılış və bağlanış mərasimində Azərbaycan bayrağını hər iki idmançı daşıyacaq.

Şəffaflıq.az


Geri qayıt