Əsas Səhifə > Gündəm > SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR

SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR


16-01-2019, 14:54


Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.


Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır. Bununla bağlı bütün tədbirlər təxirə salınır.

 BAKU.WS
 
Geri qayıt