Əsas Səhifə > EKOLOGİYA > Bəzi rayonlara yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA
Bəzi rayonlara yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVABu gün, 11:09 |
|
Azərbaycanın bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 3-ü saat 10:00-a olan məlumatında qeyd edilib. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4, Şahbuz və Sədərəkdə 3, Kişçayda (Şəki) 2, Naxçıvan, Şərurda, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda 1 mm-dir. Hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Kəlbəcərdə 25, Şahdağda 20, Qobustanda 18, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 10, Aran rayonlarında 16, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınır. Geri qayıt |