Əsas Səhifə > REGİON > Mardində ev yanıb, ölənlər və yaralananlar var

Mardində ev yanıb, ölənlər və yaralananlar var


Dünən, 14:14


Türkiyənin Mardin əyalətinin Akyazı kəndində evdə baş verən yanğın nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, məlumatı "Haber Global" yayıb.

Bildirilib, yanğın fevralın 2-də səhər saatlarında baş verib. Hadisə yerinə yanğınsöndürən, tibbi yardım və jandarma göndərilib.

Məlumata görə, tüstüdən zəhərlənən Hamit Kuzu və həyat yoldaşı Azize Kuzunun öldüyü müəyyən edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Geri qayıt