Əsas Səhifə > REGİON > Əraqçi: ABŞ İrana yeni hücumların olmayacağına zəmanət verməlidir

Əraqçi: ABŞ İrana yeni hücumların olmayacağına zəmanət verməlidir


Bu gün, 18:34


Tehran və Vaşinqton danışıqlar apara bilərlər, lakin bunun üçün ABŞ öz üzərinə İrana bir daha hücum etməmək öhdəliyi götürməlidir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "CNN Turk" kanalına müsahibəsində bildirib.

"ABŞ, həqiqətən, ciddi diplomatiya aparmaq istəyirsə, onda onlar inamsızlığı aradan qaldırmalı, yanaşmanı dəyişməli, yeni hücumların və təhdidlərin olmayacağına zəmanət verməlidirlər. İran hələ də qarşılıqlı etimada əsaslanan dürüst və balanslaşdırılmış danışıqlara hazırdır", - o qeyd edib.

A.Əraqçi vurğulayıb ki, 2025-ci ilin iyun ayından bəri ABŞ İranın nüvə proqramı obyektlərinə zərbələr endirdikdən sonra Tehran və Vaşinqton arasında birbaşa təmaslar olmayıb.

Nazir diplomatiyanın üstün gələcəyinə ümidvar olduğunu deyərək hücum olacağı təqdirdə İranın sərt cavab verəcəyi barədə xəbərdarlıq edib.

O, həmçinin qeyd edib ki, İran indi ötən ilin yayına nisbətən hücumları dəf etməyə daha hazırdır.

XİN rəhbəri eyni zamanda Tehranın Hörmüz boğazını bağlamaq variantını nəzərdən keçirib-keçirmədiyi sualına cavab verməyib.


Geri qayıt