Əsas Səhifə > REGİON > Rusiyanın Altay diyarında yanğın baş verib, ikisi uşaq olmaqla, dörd nəfər ölüb

Rusiyanın Altay diyarında yanğın baş verib, ikisi uşaq olmaqla, dörd nəfər ölüb


Bu gün, 09:13


Rusiyanın Altay diyarının Kamen-na-Obi şəhərində cümədən şənbəyə keçən gecə fərdi yaşayış evində yanğın baş verib, nəticədə ikisi uşaq olmaqla, dörd nəfər ölüb.

Şəffaflıq.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə region üzrə İstintaq İdarəsi məlumat yayıb.

"Bu gecə Kamen-na-Obi şəhərində, Respublika küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib. Binadan dörd nəfər təxliyə edilib: iki böyük və beş yaşlı, həmçinin səkkiz aylıq iki uşaq. Onlar sonradan tibb müəssisəsinin reanimasiya şöbəsində tüstüdən zəhərlənmə nəticəsində dünyasını dəyişiblər", - məlumatda bildirilib.

Yanğının soba avadanlıqlarından düzgün istismar olunmamasından qaynaqlandığı güman edilir.

Faktla bağlı cinayət işi açılıb, hadisənin başvermə şəraiti araşdırılır.


Geri qayıt