Əsas Səhifə > Şou-biznes > "Dado ilə 3 həftədir ayrılmışıq" — Natavan

"Dado ilə 3 həftədir ayrılmışıq" — Natavan


1-03-2020, 22:42

 

Müğənni Natavan Həbibi və reper əri Səid Əliyev (Dado) küsülüdür.

Şəffaflıq.az axşam.az-a istinadən bildirir ki, bu haqda Natavan "Zaurla Günaydın" verilişində deyib.

O bildirib ki, artıq 3 həftədir əri ilə danışmırlar:

"İndi onunla danışmırıq. Evdə olanda Zeydə o da baxır".

Ekranda Dadonun görüntüləri göstəriləndə isə Həbibi "Kimdir o? Tanımıram" deyərək, gülməyə başlayıb.

Aparıcı Günay Baxşəliyeva "Çox mədəni oğlandır. Küsülü olduğunuzu bilirdim. Bu gün onunla barış. Səninlə barışmaq istəyir" sözlərini söyləyib.

"Üç həftədir danışmırıq. 3 il keçib ailə həyatımızdan. Hələ də bizim evlənməyimizə inanmayanlar var. Niyə barışım onla? Səid, necəsən?" - Natavan cavab verib.


Geri qayıt