Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ Prezidenti İran rəhbərliyi ilə əlaqə saxlayıb
ABŞ Prezidenti İran rəhbərliyi ilə əlaqə saxlayıbDünən, 09:35 |
|
ABŞ Prezidenti Donald Tramp son günlər İran rəhbərliyi ilə əlaqə saxlayaraq Tehranı nüvə silahı hazırlamamağa və etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etməməyə çağırıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Amerika lideri Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. "Bəli, bunlar olub və mən onları davam etdirməyi planlaşdırıram", - deyə Tramp vurğulayıb. Onun sözlərinə görə, təmasları zamanı onlara iki şərt qoyub: birincisi, nüvə silahından imtina; ikincisi, etirazçıları öldürməyi dayandırmaq. "Bir çox böyük və güclü ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İrana doğru gedir. Onlardan istifadə etməsəydik, əla olardı", - deyə Amerika lideri əlavə edib. Geri qayıt |