Əsas Səhifə > REGİON > Putin BƏƏ-yə Rusiya-ABŞ-Ukrayna danışıqlarının təşkilinə görə minnətdarlıq edib
Putin BƏƏ-yə Rusiya-ABŞ-Ukrayna danışıqlarının təşkilinə görə minnətdarlıq edib29-01-2026, 16:35 |
|
Rusiya BƏƏ-yə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların təşkil edilməsinə görə minnətdardır. Şəffaflıq.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayid Əl Nəhayan ilə görüşdə bildirib. V.Putin həmçinin BƏƏ-nin Rusiya və Ukrayna arasında saxlanılan şəxslərin mübadiləsinə verdiyi töhfəni də qeyd edib. BƏƏ Prezidenti Ukraynada münaqişənin siyasi-diplomatik yolla həllinə yönəlmiş bütün qərarları dəstəklədiyini vurğulayıb. Geri qayıt |