Əsas Səhifə > Hadisə > Masazırda qaçqın şəhərciyinə gedən avtomobil yolu qismən bağlanacaq

Masazırda qaçqın şəhərciyinə gedən avtomobil yolu qismən bağlanacaq


29-01-2026, 12:36


Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.

Bu barədə mAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi xahiş edir.

Şəffaflıq.az


Geri qayıt