Əsas Səhifə > REGİON > Rusiyada İstilik Elektrik Mərkəzində yanğın olub, iki nəfər ölüb

Rusiyada İstilik Elektrik Mərkəzində yanğın olub, iki nəfər ölüb


29-01-2026, 12:34


Xabarovskdakı (Rusiya) İstilik Elektrik Mərkəzində baş verən yanğın nəticəsində iki nəfər ölüb.

Şəffaflıq.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsi məlumat yayıb.

"Podratçı təşkilatın iki əməkdaşı ölüb, daha bir nəfər xəsarət alıb və tibb müəssisəsinə çatdırılıb. Hazırda yanğın lokallaşdırılır. Hadisə yerində 21 nəfər və 7 texnika işləyir", - məlumatda bildirilib.

Bildirilib ki, tikinti işlərinin aparıldığı damda örtük alovlanıb və güclü tüstülənməyə səbəb olub.


Geri qayıt