Əsas Səhifə > REGİON > Pakistan və İran Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Pakistan və İran Yaxın Şərqdəki vəziyyəti müzakirə edib


29-01-2026, 12:29


Pakistanın Baş nazirinin müavini - xarici işlər naziri Məhəmməd İshaq Dar iranlı həmkarı Abbas Əraqçi ilə Yaxın Şərq regionundakı vəziyyətə həsr olunmuş telefon danışığı aparıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Pakistan XİN-in "X" sosial şəbəkəsindəki məlumatında deyilir.

Bu, Darın Əraqçi ilə son bir neçə gün ərzində ikinci telefon danışığıdır.

"Söhbət zamanı Pakistanın XİN başçısı regional vəziyyətin inkişafı ilə bağlı narahatlığını bildirib. O, dialoq və diplomatiyanın irəliyə doğru yeganə effektiv yol olduğunu vurğulayıb. Tərəflər sıx şəkildə əlaqə saxlamaqla bağlı razılığa gəliblər", - məlumatda qeyd olunub.


Geri qayıt