Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Tailandda təyyarə qəzaya uğrayıb, ölənlər var

Tailandda təyyarə qəzaya uğrayıb, ölənlər var


29-01-2026, 10:12


Tailandın Çianqmay əyalətinin Çom Thonq bölgəsində "AT-6" hərbi təyyarəsi qəzaya uğrayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə CCTV telekanalı məlumat yayıb.

Qəza nəticəsində iki nəfər ölüb.

Hadisə yerli vaxtla səhər təxminən saat 10:30-da təyyarənin təlim uçuşu yerinə yetirdiyi zaman baş verib.

İnsidentin səbəbləri araşdırılır.


Geri qayıt