Əsas Səhifə > SİYASƏT > Rusiya müxtəlif ssenarilərə hazır olmalıdır -

Rusiya müxtəlif ssenarilərə hazır olmalıdır -


1-03-2020, 12:47
 Rusiya Prezidenti Vladimir Putin koronavirusun iqtisadiyyata təsirindən danışıb.
Şəffaflıq.az xəbər verir ki, Putin virusun yayılması ilə əlaqədar qlobal əmtəə bazarlarındakı vəziyyətlə bağlı hökumət və neft şirkətlərinin nümayəndələri ilə görüş keçirib.
"Qlobal miqyasda koronavirus ilə bağlı nələrin baş verdiyinin şahidiyik. Virusun yayılmasının birbaşa iqtisadi təsirinə gəlincə, bu mənada baş verənlərə necə reaksiya verdiyimizə xüsusi baxmaq lazımdır. Rusiya hətta qlobal iqtisadiyyatda pisləşən vəziyyətdə də sabitliyi qorumaq imkanına malikdir. Milli Rifah Fondunda kifayət qədər ehtiyat var. Neftin hazırkı dəyəri də milli iqtisadiyyat üçün məqbuldur. Lakin Rusiya müxtəlif ssenarilərə hazır olmalıdır. Ölkədə koronavirusla bağlı vəziyyət nəzarət altındadır", - prezident qeyd edib.Publika.az
Geri qayıt