Əsas Səhifə > REGİON > Məhəmməd Baqer Qalibaf: İran ABŞ ilə həqiqi danışıqlara hazır olduğunu bəyan edib

Məhəmməd Baqer Qalibaf: İran ABŞ ilə həqiqi danışıqlara hazır olduğunu bəyan edib


29-01-2026, 09:23


ABŞ doğrudan da razılığa gəlmək üçün həqiqi dialoqa girməyə hazırdırsa, Tehran ABŞ administrasiyası ilə danışıqlara açıqdır.

Şəffaflıq.az-ın məlumatına görə, bunu İran Məclisinin (birpalatalı parlament) spikeri Məhəmməd Baqer Qalibaf CNN-ə müsahibəsində bildirib.

"Əgər bunlar beynəlxalq normalar çərçivəsində razılığa gəlmək üçün həqiqi danışıqlardırsa, onda bəli. Lakin bunlar ABŞ Prezidentinin (Donald Trampın) axtardığı danışıqlar deyil; o, sadəcə öz iradəsini başqalarına qəbul etdirmək istəyir", - o bildirib.

"Hesab edirəm ki, əgər Tramp həqiqətən dürüstdürsə, Nobel sülh mükafatını qazanmaq istəyirsə, o, əsl sülhə can atmalı və əvvəlcə özünü müharibəni qızışdıranlardan, İranın təslim olmasını istəyənlərdən azad etməlidir", - İran parlamentinin spikeri əlavə edib.

O qeyd edib ki, Tramp İranla müharibəyə başlaya bilər, lakin onun nəticəsini idarə edə bilməz. "Evindən minlərlə kilometr uzağa (Yaxın Şərqə) göndərilən minlərlə Amerika əsgəri mütləq əziyyət çəkəcək. Bu, yaxşı deyil", - o, fikirlərini yekunlaşdırıb.


Geri qayıt