Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Kreml ABŞ, Ukrayna və Rusiya arasında birbaşa təmasların başlamasını müsbət qiymətləndirib
Kreml ABŞ, Ukrayna və Rusiya arasında birbaşa təmasların başlamasını müsbət qiymətləndirib28-01-2026, 14:42 |
|
Kreml ABŞ, Ukrayna və Rusiya arasında Əbu-Dabidə birbaşa üçtərəfli təmasların başlamasını müsbət qiymətləndirir. Şəffaflıq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Əlbəttə ki, iş gedir və onun birbaşa əlaqələr şəklində başlaması yaxşı haldır", - Peskov deyib. Onun sözlərinə görə, ekspertlərin Ukrayna ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı bir sıra mürəkkəb məsələləri müzakirəyə başlaması faktının özünü tərəqqi hesab etmək olar. Geri qayıt |