Əsas Səhifə > Hadisə > Xaçmazda 7 kiloqram narkotik vasitə və 1 ədəd tapança aşkarlanıb
Xaçmazda 7 kiloqram narkotik vasitə və 1 ədəd tapança aşkarlanıb28-01-2026, 11:04 |
|
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 28 yaşlı Əli Abbasov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin şəxsdən 7 kiloqram marixuana aşkarlanıb. Bundan başqa keçirilən digər tədbir zamanı rayon sakini 21 yaşlı Həzrət Atakişiyevdən qanunsuz olaraq əldə edib özündə saxladığı 1 ədəd "Makarov" markalı tapança da aşkarlanıb. Hər iki faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Şəffaflıq.az Geri qayıt |