Əsas Səhifə > MALİYYƏ > Qızılın qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 5,2 min dolları keçib
Qızılın qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 5,2 min dolları keçib28-01-2026, 09:22 |
|
Fevral ayında təhvil veriləcək qızıl fyuçerslərinin qiyməti "Comex" birjasında tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 5 200 dollardan yuxarı qalxıb. Şəffaflıq.az xəbər verir ki, bunu ticarət platformasının məlumatları təsdiq edir. Bakı vaxtı ilə saat 05:40-da qiymətli metalın dəyəri 2,41 % artaraq bir unsiya üçün 5 205,1 dollar təşkil edib. 05:45-də isə qızılın qiyməti artımı sürətləndirərək 5 216,7 dollara çatıb (+2,64 %). Saat 06:32-də növbəti rekord qeydə alınıb – 5 224,2 dollar/unsiya. Geri qayıt |