Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda 2 BOKT-un vəzifəli şəxsi cərimələnib
Azərbaycanda 2 BOKT-un vəzifəli şəxsi cərimələnib27-01-2026, 11:00 |
|
Azərbaycan Mərkəzi Bankı (AMB) "Finans Kredit" və "SF Azerbaijan" MMC-lər bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib. Şəffaflıq.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq hər iki BOKT-un vəzifəli şəxsləri müvafiq olaraq 1,5 manat və 2 min manat cərimələnib. Geri qayıt |