Əsas Səhifə > Dünya > BMT TŞ-da mühüm açıqlamalar: “TÜRKİYƏNİ DƏSTƏKLƏYİRİK!”
BMT TŞ-da mühüm açıqlamalar: “TÜRKİYƏNİ DƏSTƏKLƏYİRİK!”29-02-2020, 19:42 |
Şəffaflıq.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İdlibdə artan gərginliyi müzakirə eləmək üçün təcili iclas keçirib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft iclasda deyib: “Türkiyə hərbçilərinin ölümü ilə nəticələnən haqsız hücumlara cavab vermək məsələsində Türkiyəni tam dəstəkləyirik. ABŞ dünən Türkiyə qüvvələrinə qarşı edilən hücumları qətiyyətlə pisləməkdədir. Bu hücumlar tamamilə hüquqa zidddir, mənasızdır və barbarlıqdır. Bu günlərdə ABŞ NATO müttəfiqi olan Türkiyəni dəstəkləməkdə tərəddüd eləməyəcəkdir. Nəzarət məntəqələrinə edilən və hərbçilərin ölümü ilə nəticələnən hücumlara cavab vermək məsələsində Türkiyəni tam dəstəkləyirik”. Kelli Kraft deyib: “Rusiyanın hərbi təyyarələrini təcili şəkildə yerə endirməyə çağırırıq. Suriya qüvvələrini və onu dəstkləyən Rusiyanı 2018-ci ildə müəyyənləşdirilmiş atəşkəs sərhədlərinə doğru geri çəkilməyə dəvət edirik”. Geri qayıt |