Əsas Səhifə > XARİCİ XƏBƏR > Braziliya millisinin futbolçusu Lukas Paketa karyerasını ölkəsində davam etdirəcək.

Braziliya millisinin futbolçusu Lukas Paketa karyerasını ölkəsində davam etdirəcək.


27-01-2026, 10:38


Braziliya millisinin futbolçusu Lukas Paketa karyerasını ölkəsində davam etdirəcək.

Şəffaflıq.az "The Athletic"ə istinadən xəbər verir ki, "Flamenqo" 28 yaşlı yarımmüdafiəçinin keçidi üçün İngiltərənin "Vest Hem" klubu ilə razılığa gəlib.

A Seriyası təmsilçisinin oyunçu üçün təxminən 41 milyon avro ödəyəcəyi ehtimal olunur. Transferin tezliklə rəsmiləşəcəyi gözlənilir.

Paketa "Vest Hem"in son matçlarında meydana çıxmayıb. O, son olaraq yanvarın 6-da "Nottinqem Forest"lə qarşılaşmada iştirak edib.

Qeyd edək ki, Lukas Paketa 2022-ci ildən London klubunun formasını geyinir.


Geri qayıt