Əsas Səhifə > REGİON > İranda baş verən yanğında 150-dən çox insan xilas edilib

İranda baş verən yanğında 150-dən çox insan xilas edilib


Bu gün, 10:31


İranın İsfahan şəhərində tibb müəssisəsinin yerləşdiyi binada yanğın nəticəsində yanğınsöndürən yaralanıb, 150-dən çox insan xilas edilib.

Şəffaflıq.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsfahanın yanğından mühafizə xidmətinin rəisi Omid Baqeri bildirib.

İnformasiyaya əsasən, hadisənin səbəbi haqqında məlumat yayılmayıb.

İranda son bir ayda baş vermiş etiraz aksiyaları fonunda bunu yerli KİV belə dəyərləndirib: "Bu gün İsfahan yenidən, başqalarının həyatını xilas etmək üçün qorxmadan öz həyatını təhlükəyə atanların qarşısında borcludur".

Mütəxəssislərin fikrincə, rəsmi təbliğat vasitələri güc strukturlarının əhalinin təhlükəsizliyinə təmin etdiklərini nümayiş etdirməyə çalışırlar.


Geri qayıt