Əsas Səhifə > ELM VƏ TƏHSİL > AMEA-nın Kimya Elmləri Bölməsi azad edilmiş ərazilərin mineral xammal ehtiyatları barədə araşdırma aparacaq

AMEA-nın Kimya Elmləri Bölməsi azad edilmiş ərazilərin mineral xammal ehtiyatları barədə araşdırma aparacaq


24-01-2026, 12:59


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya Elmləri Bölməsinə işğaldan azad edilmiş ərazilərin mineral xammal ehtiyatlarından səmərəli istifadə haqqında araşdırmaların aparılması tapşırılıb.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Bildirilib ki, bölmə həmçinin, "Yaşıl artım" prioriteti və müdafiə qüdrətinin artırılmasına xidmət edən strateji araşdırmalara üstünlük verəcək.

Bununla yanaşı, innovativ polimer materialların alınması, sənaye tullantılarının təmizlənməsi və dərman maddələrinin effektivliyinin artırılması sahəsində elmi müəssisələr qarşısında konkret vəzifələr qoyulub.


Geri qayıt