Əsas Səhifə > FUTBOL > Misli Premyer Liqasının XVII turunda bu gün daha iki görüş baş tutacaq.

Misli Premyer Liqasının XVII turunda bu gün daha iki görüş baş tutacaq.


24-01-2026, 09:33


Misli Premyer Liqasının XVII turunda bu gün daha iki görüş baş tutacaq.

Şəffaflıq.az xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Qəbələ"ni qəbul edəcək.

Görüş Şamaxı şəhər stadionunda saat 14:00-da start götürəcək. Ayxan Abbasovun baş məşqçisi olduğu komada hazırda 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 11-ci yerdə olan "Qəbələ"nin isə 8 xalı var.

Günün son görüşü "Azərsun Arena"da "Qarabağ"la "Kəpəz" arasında keçiriləcək. Matç saat 16:30-da start götürəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 36 xalla turnir cədvəlində ikincidir. 10-cu yerdə olan "Kəpəz"in isə 9 xalı var.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. XVII tura yanvarın 25-də yekun vurulacaq.


Geri qayıt