Əsas Səhifə > MALİYYƏ > Qiymətli metalların qiymətləri artır
Qiymətli metalların qiymətləri artır24-01-2026, 09:04 |
|
Nyu-York ticarət birjasında (NYMEX) və "Comex" (NYMEX-in bir bölməsi) birjasında qiymətli metalların - platinin, palladiumun, qızıl və gümüşün fyuçerslərinin qiymətləri 1,35-6,38% artım nümayiş etdirir. Şəffaflıq.az-ın məlumatına görə, bunu ticarət platformasının məlumatları göstərir. Bakı vaxtı ilə saat 23:11-ə olan məlumata görə, NYMEX-də 2026-cı ilin mart ayı üçün palladium fyuçerslərinin qiyməti bir troya unsiyası 2 037,5 dollar (artım 5,18 %), 2026-cı ilin aprel ayı üşün platin fyuçersləri isə 6,38 % artaraq, troya unsiyası üçün 2 749,4 dollara çatıb. Eyni zamanda, 2026-cı ilin fevral ayında "Comex" birjasında qızılın qiyməti bir troya unsiyası üçün 4 975,8 dollar (+1,35 %), 2026-cı ilin mart ayı üçün gümüş fyuçersləri isə troya unsiyası 101,615 dollar (+5,15 %) təşkil edib. Geri qayıt |