Əsas Səhifə > REGİON > Beynəlxalq məhkəmə Karapetyanın ailəsinin tələblərini rədd edib

Beynəlxalq məhkəmə Karapetyanın ailəsinin tələblərini rədd edib


23-01-2026, 12:59


Stokholm arbitraj tribunalı "Ermənistan Elektrik Şəbəkələri" QSC ilə bağlı işi üzrə ev dustaqlığında olan iş adamı Samvel Karapetyanın ailəsinin irəli sürdüyü tələbləri tamamilə rədd edib.

Şəffaflıq.az yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan hökumətinin bəyanatında bildirilib.

Qeyd olunub ki, məhkəmə onların tələb etdiyi təminat tədbirlərinin əsassız olduğu qənaətinə gəlib.

"Stokholm arbitraj tribunalı 2025-ci il dekabrın 24-də "Liormand Holdings Limited", Samvel Karapetyan, Eteri Karapetyan, Sarkis Karapetyan və Karen Karapetyanın təqdim etdiyi ərizəni tamamilə rədd edib", - məlumatda bildirilib.

Ərizə çərçivəsində, digər tələblərlə yanaşı, Arbitraj Tribunalından "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin lisenziyasını və onun idarəetmə orqanları üzvlərinin səlahiyyətlərini bərpa etmək, həmçinin təyin edilmiş müvəqqəti idarəedicinin səlahiyyətlərinə xitam vermək tələb edilib.


Geri qayıt