Əsas Səhifə > FUTBOL > Misli Premyer Liqasında 2026-cı ilin ilk matçları bu gün keçiriləcək.
Misli Premyer Liqasında 2026-cı ilin ilk matçları bu gün keçiriləcək.23-01-2026, 09:10 |
|
Misli Premyer Liqasında 2026-cı ilin ilk matçları bu gün keçiriləcək. Şəffaflıq.az-ın məlumatına görə, birinci oyun günündə iki görüş təşkil olunacaq. XVII turun açılış qarşılaşmasında "Araz-Naxçıvan" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Oyun Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 14:30-da start götürəcək. Naxçıvan təmsilçisi 26 xalla 6-cı pillədə qərarlaşıb. "İmişli" 17 xalla 9-cu sıradadır. Günün ikinci oyununda "Zirə" "Neftçi"nin qonağı olacaq. Bu qarşılaşma saat 19:00-da başlanacaq. Meydan sahibləri 20 xalla 8-ci, qonaqlar 28 xalla 3-cü yerdədir. Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq. Geri qayıt |