Əsas Səhifə > REGİON > Rusiyada göyərtəsində 335 sərnişinin olduğu təyyarə texniki nasazlıqla üzləşib

Rusiyada göyərtəsində 335 sərnişinin olduğu təyyarə texniki nasazlıqla üzləşib


22-01-2026, 11:36


Maqadan-Moskva reysini yerinə yetirən təyyarə havaya qalxarkən texniki nasazlıq səbəbindən uçuş-enmə zolağından kənara çıxıb.

Şəffaflıq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Təyyarənin göyərtəsində 335 sərnişin olub. Qurumun məlumatına görə, xəsarət alan olmayıb.


Geri qayıt