Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi elçisi özünə yeni iş tapıb
ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi elçisi özünə yeni iş tapıb22-01-2026, 09:16 |
|
ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi elçisi Kit Kelloq Amerikanın lobbiçilik və kommunikasiya şirkəti BGRGroup-da yeni iş tapıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə şirkətin direktoru Devid Urban sosial media səhifəsində məlumat verib. "Dostum Kelloqun indi BGRGroup-dakı həmkarım olması ilə inanılmaz dərəcədə qürur duyuram! O, 58 ildən çox ölkəmizə şərəflə xidmət edib. Əvvəlcə təltif olunmuş döyüş veteranı, sonra isə görkəmli dövlət qulluqçusu kimi", - deyə o, bildirib. Şirkətin veb saytında qeyd olunub ki, Kelloq şirkətin məsləhət şurasında vəzifəni qəbul edib və ABŞ-ın milli təhlükəsizlik siyasəti, müdafiə texnologiyaları və beynəlxalq təhlükəsizlik məsələlərinə diqqət yetirəcək. Geri qayıt |