Əsas Səhifə > FUTBOL > Kriştianu Ronaldu peşəkar karyerasında 960-cı qolunu vurub.
Kriştianu Ronaldu peşəkar karyerasında 960-cı qolunu vurub.22-01-2026, 08:56 |
|
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasında 960-cı qolunu vurub. Şəffaflıq.az-ın məlumatına görə, o, Səudiyyə Ərəbistanı çempionatının XVII turunda "Damak" ilə matçda 50-ci dəqiqədə Joao Feliksin ötürməsindən rəqib qapısına yol tapıb. Qarşılaşmada Ronaldonun qolu qələbəni təmin edib - 2:1. Ronaldu milli komandalar, Avropa çempionatları və Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu və rəsmi matçlarda 960 qola çatan ilk futbolçudur. Portuqaliyalı mütəxəssisin hesabında beş Çempionlar Liqası, 2016-cı ildə bir Avropa çempionatının qızıl medalı və iki UEFA Millətlər Liqası titulları var. Geri qayıt |