Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İsrail və Yunanıstan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
İsrail və Yunanıstan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir20-01-2026, 15:25 |
|
Yunanıstan və İsrail dronlara qarşı mübarizə sistemləri və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək. Şəffaflıq.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias israilli həmkarı İsrael Katsla görüşdən sonra bildirib. Agentlik bildirir ki, güclü iqtisadi və diplomatik əlaqələrə malik olan Yunanıstan və İsrail son illər birgə hərbi təlimlər keçirir və Yunanıstan ərazisində pilot hazırlığı mərkəzinə malikdir. Geri qayıt |