Əsas Səhifə > SİYASƏT > Türkiyə və Azərbaycan XİN başçıları regional məsələləri müzakirə ediblər
Türkiyə və Azərbaycan XİN başçıları regional məsələləri müzakirə ediblər20-01-2026, 15:15 |
|
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub. Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb. Geri qayıt |