Əsas Səhifə > İnfrastruktur > Bakı-Sumqayıt qatarı sabah qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək
Bakı-Sumqayıt qatarı sabah qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək19-01-2026, 11:43 |
|
Yanvarın 20-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarlar (Bakı-Sumqayıt-Bakı) qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək. Şəffaflıq.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. Xatırladaq ki, qatarlardan birinin planlı təmirə cəlb edilməsi ilə əlaqədar 21 yanvar tarixindən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək. Yeni qrafikə əsasən: -Sumqayıtdan 07:30 və 08:00-da çıxan ekspres qatarlar Bakıxanovda da dayanacaq; -Bakıdan 18:05-də çıxan Pirşağı-Sumqayıt ekspresi isə Sabunçuda da dayanacaq. Şənbə və bazar günləri cədvəl dəyişməz qalacaq. Geri qayıt |