Əsas Səhifə > SİYASƏT > Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək19-01-2026, 10:32 |
|
Yanvarın 23-də, saat 09:00-da Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək. Şəffaflıq.az nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-558-76-47) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər. Geri qayıt |