Əsas Səhifə > FUTBOL > İspaniyanın "Barselona" futbol komandasının ikinci ən uzun qələbə seriyası başa çatıb.
İspaniyanın "Barselona" futbol komandasının ikinci ən uzun qələbə seriyası başa çatıb.19-01-2026, 09:30 |
|
İspaniyanın "Barselona" futbol komandasının ikinci ən uzun qələbə seriyası başa çatıb. Şəffaflıq.az-ın məlumatına görə, bu, La Liqanın XX turunda Kataloniya təmsilçisinin "Real Sosyedad"a uduzması (1:2) ilə gerçəkləşib. Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv əvvəlki 11 oyunda qalib gəlmişdi. Bu isə klub tarixində ikinci ən uzun qələbə seriyası idi. "Barselona"nın rekordu 2005/2006 mövsümündə qeydə alınıb. Son ölkə çempionu həmin vaxt 18 görüşdə (13 La Liqa, 3 Çempionlar Liqası, 2 İspaniya Kuboku) qalib gəlib. Geri qayıt |