Əsas Səhifə > XARİCİ XƏBƏR > İspaniyada vaqonların relslərdən çıxması nəticəsində ölənlərin sayı ikiqat artıb

İspaniyada vaqonların relslərdən çıxması nəticəsində ölənlərin sayı ikiqat artıb


19-01-2026, 09:19


İspaniyada sürətli qatarın iki vaqonun relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Bu barədə Şəffaflıq.az "RTVE"yə istinadən xəbər verir.

Telekanal təxminən 100 nəfərin yaralandığını, onlardan 25-nin ağır vəziyyətdə olduğunu bildirib.

Bu fonda İspaniyanın nəqliyyat və davamlı mobillik naziri Oskar Puente sosial mediada yazıb ki, hələlik son ölənlərin sayını müəyyən etmək mümkün deyil.

Hadisə ilə əlaqədar olaraq İspaniyanın Baş naziri Pedro Sançes 19 yanvar tarixinə olan bütün planlarını ləğv edib.


Geri qayıt