Əsas Səhifə > XARİCİ XƏBƏR > Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb
Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb17-01-2026, 10:07 |
|
Suriya Prezidenti Əhməd əl-Şaraa kürdlərin hüquqlarını qoruyan fərman imzalayıb. Orada kürdlərin Suriya cəmiyyətinin ayrılmaz hissəsi olduğu və ölkə tarixində ilk dəfə olaraq kürd dilinin dövlət dili kimi tanındığı bildirilib. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə AFP məlumat yayıb. Fərmana əsasən, kürd dili əhalinin, yəni kürdlərin əhəmiyyətli bir hissəsini təşkil etdiyi ərazilərdəki məktəblərdə tədris olunacaq. 1962-ci il əhali siyahıyaalınmasında vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlığın bərpası hüququ verilib. Geri qayıt |