Əsas Səhifə > SİYASƏT > Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiq və təqdim edəcək
Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiq və təqdim edəcək15-01-2026, 15:30 |
|
Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiq və təqdim edəcək. Şəffaflıq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib. Sənədə əsasən, hakimlərin xidməti vəsiqəsinin nümunəsinin Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilməsi və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilməsi müəyyən edilib. Xatırladaq ki, buna qədər hakimlərin xidməti vəsiqələrinin nümunələri Milli Məclis tərəfindən müəyyən edilirdi. Geri qayıt |