Əsas Səhifə > Hadisə > Balakəndə altı gün əvvəl avtomobilin vurduğu qadın xəstəxanada ölüb

Balakəndə altı gün əvvəl avtomobilin vurduğu qadın xəstəxanada ölüb


15-01-2026, 10:20


Balakən rayonunda altı gün əvvəl avtomobilin vurduğu qadın xəstəxanada ölüb.

Şəffaflıq.az-ın məlumatına görə, yanvarın 9-da Sadiq Balagözov idarə etdiyi "VAZ-2115" markalı avtomobillə Balakən rayonunun Qazma kəndindən şəhər istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 64 yaşlı Cəərey Əliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən dünən xəstəxanada həyata itirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Geri qayıt