Əsas Səhifə > Hadisə > Ötən gün işğaldan azad olunan bölgələrdən xeyli silah-sursat aşkarlanıb
Ötən gün işğaldan azad olunan bölgələrdən xeyli silah-sursat aşkarlanıb14-01-2026, 11:09 |
|
Ötən gün işğaldan azad olunan bölgələrdə xeyli silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 9 avtomat silahı, 3 tapança, 2 qumbaraatan, 5 qumbara, 26 tüfəng, 18 patron darağı və 1286 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Şəffaflıq.az Geri qayıt |