Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib13-01-2026, 14:27 |
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyalarını ödəyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, Naxçıvan üzrə də bu ayın pensiya ödənişi həyata keçirilib. Digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin yanvar ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək. Geri qayıt |