Əsas Səhifə > MALİYYƏ > Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib13-01-2026, 14:23 |
|
Azərbaycandakı qeyri-hökumət təşkilatları (QHT-lər) aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidir. Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilib. Hesabatların forması və təqdim olunma qaydası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq olunub və nazirliyin internet səhifəsində yerləşdirilib. Hesabatların alınması "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqram"ı vasitəsilə həyata keçirilir. Bunun üçün www.qht-hesabat.maliyye.gov.az saytında qeydiyyatdan keçilməklə illik maliyyə hesabatları elektron qaydada təqdim edilməlidir. Maliyyə hesabatlarının təqdim edilməməsi İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Geri qayıt |