Əsas Səhifə > Hadisə > Xaçmazda məzar daşını sındıran şəxs həbs olunub
Xaçmazda məzar daşını sındıran şəxs həbs olunub13-01-2026, 14:06 |
|
Xaçmaz rayon sakini, 1977-ci il təvəllüdlü Həbib Səfərbəyov qəbiristanlıqda məzar daşını sındırdığına görə həbs olunub. Şəffaflıq.az-ın məlumatına görə, polisin keçirdiyi tədbirlərlə saxlanılan şəxs haqqında məzar daşına qəsdən ziyan vurduğuna görə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Həbib Səfərbəyov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir. Geri qayıt |