Əsas Səhifə > Hadisə > Göyçayda kamuflyaj olunaraq evdən quldurluq edən şəxsdən narkotik aşkarlanıb
Göyçayda kamuflyaj olunaraq evdən quldurluq edən şəxsdən narkotik aşkarlanıb13-01-2026, 09:51 |
|
Göyçayda kamuflyaj olunaraq quldurluq edən şəxsdən narkotik vasitə də aşkarlanıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, gecə saatlarında mənzilə daxil olan naməlum şəxs kəsici alətlə ev sahibinə hədə-qorxu gələrək ondan pulların yerini deməsini tələb edib. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Fərid Qəribov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana da aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Şəffaflıq.az Geri qayıt |