Əsas Səhifə > REGİON > Marko Rubio Ermənistan XİN başçısı ilə görüşəcək
Marko Rubio Ermənistan XİN başçısı ilə görüşəcək13-01-2026, 09:44 |
|
ABŞ-nin dövlət katibi Marko Rubio bu gün Dövlət Departamentində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Görüş yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 21:00 - red.) başlayacaq. Məlumata görə, görüşdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker və Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun baş əməkdaşı Brendan Hanrahan da iştirak edəcəklər. Geri qayıt |