Əsas Səhifə > MILLI MƏCLİS > Milli Məclisin yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək
Milli Məclisin yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək12-01-2026, 10:23 |
|
Milli Məclisin 2026-cı il yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, parlamentin yaz sessiyası Regional məsələlər komitəsinin iclası ilə başlayacaq. Komitə iclasının gündəliyinə 2025-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və yaz sessiyası üçün iş planının layihəsi daxil edilib. Xatırladaq ki, Milli Məclisin deputatlarının tətil müddəti yanvarın 15-də başa çatacaq. Parlamentin Daxili Nizamnaməsinə əsasən yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Bu il fevralın 1-i bazar gününə təsadüf etdiyindən parlamentin yaz sessiyası ayın 2-dən başlayacaq. Geri qayıt |