Əsas Səhifə > FUTBOL > "Mançester Yunayted" 44 ildən sonra antirekordunu təkrarlayıb

"Mançester Yunayted" 44 ildən sonra antirekordunu təkrarlayıb


12-01-2026, 09:33


İngiltərənin "Mançester Yunayted" klubu 44 ildən sonra antirekordunu təkrarlayıb.

Şəffaflıq.az "Opta Sport"a istinadən xəbər verir ki, bu, "qırmızı-şeytanlar"ın ölkə kubokunda "Brayton"a uduzması (1:2) ilə reallaşıb.

Komanda 1981/1982 mövsümündən sonra ilk dəfə həm Liqa Kubokunda, həm də FA Kubokunun birinci turunda mübarizəni dayandırıb.

Qeyd edək ki, "Mançester Yunayted" daha əvvəl Liqa Kubokunda "Qrimsbi Taun"a əsas vaxtı 2:2 bitən görüşün penaltilər seriyasında (11:12) məğlub olub.


Geri qayıt